ain.az bildirir, Bizim media portalına istinadən.
Türkiyədə yerli supermarketlərdən birində qeyri-adi hadisə baş verib.Bizim.Media xəbər verir ki, marketin təhlükəsizlik kamerası pişiyin soyuducu vitrindən qablaşdırılmış toyuq məhsulunu götürərək qaçdığı anları lentə alıb.Kadrlarda pişiyin paketlənmiş toyuğu ağzına alaraq sürətlə marketdən uzaqlaşdığı görünür.Görüntülər sosial şəbəkələrdə qısa müddətdə viral olub. İstifadəçilər pişiyin bu “cəsarətli əməliyyatını” zarafatla “ana instinkti” kimi şərh ediblər.Bəzi izləyicilər isə yeməyin böyük ehtimalla pişiyin balaları üçün aparıldığını yazıblar.Video sosial şəbəkələrdə həm təəccüb, həm də təbəssüm doğurub.
Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.