AZ

Ət yenə bahalaşdı - "Bu gedişlə 25 manat olacaq..."

Son aylarda ölkə bazarında mal və qoyun ətinin qiymətində artım müşahidə olunur.

Sitat.info-nun məlumatına görə, hazırda sümüksüz mal ətinin qiyməti 22 manata yüksəlib.

Paytaxt Bakıda sümüklü mal ətinin kiloqramı isə 17 manat 50 qəpikdən satılır. Bu göstərici son iki ayla müqayisədə 50 qəpik artım deməkdir.

Quzu ətinin qiymətində ciddi dəyişiklik qeydə alınmasa da, 1 kiloqramı hazırda 22 manat civarında təklif olunur.

Qəssablar bildirdilər ki, paytaxtın bəzi yerlərində daha qiymətə təklif olunur: "Şəhərin mərkəzi ərazilərində mal ətini 18 manata da satanlar da var. Quzu əti 23 manatdır. Onları da qınamıram icarə haqları ilə də bağlı ola bilər.

Onuu deyə bilərik ki, qiymət artımının əsas səbəbləri yem xərclərinin bahalaşmasıdır. Təbii ot, yonca bağlamarı çox bahadır. Rayonlarda fermerlər pambıq əkməyə üstünlük veriblər. Bunun da bahalaşmaya təsiri var. Kənd təsərrüfatında mexanizm düz qurulmayıb".

Qəssablar mal və qoyun ətinin daha da bahalaşacağını bildirdilər: "Bahalaşma davam edəcək. Hər il 50 qəpik də olsa bahalaşır. Bu gedişlə mal əti 20 manat, quzu əti isə 25 manat olacaq".

Aytac,

Sitat.info

 

Seçilən
32
2
sitat.info

3Mənbələr