AZ

Azərbaycanda klub prezidenti cərimələndi

AFFA İntizam Komitəsi “Sumqayıt”ı klub prezidenti və baş məşqçiyə görə 10.000 manat cərimələyib.

KONKRET.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, buna “Kəpəz”ə qarşı keçirdikləri Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.

2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyuna buraxılmayacaq, “Sumqayıt” komandası 5000 manat cərimə edilib (maddə 51.1);

2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyuna buraxılmayacaq, “Sumqayıt” komandası 5000 manat cərimə edilib (maddə 87.1, 19).

Seçilən
22
5
konkret.az

8Mənbələr