AZ

O dünyada hər şey daha real idi 3 dəfə ölüb dirilən alim

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

NASA-da çalışan 55 yaşlı okeanoqraf İnqrid Honkala bildirib ki, o, 2, 25 və 52 yaşlarında klinik ölüm keçirib.

"Unikal" "Daily Mail" nəşrinə  istinadən xəbər verir ki, hər dəfə hadisələr fərqli baş versə də, onun sözlərinə görə nəticə eyni olub: o, qorxu hissi olmadan, zaman anlayışı itmiş halda və fiziki bədənindən ayrılmış kimi qəribə, tam sakitlik vəziyyətinə düşüb.

Honkala bu halı “təmiz şüur” kimi təsvir edir. 

Alim iddia edir ki, bu, qısa müddətli halüsinasiya deyil, əksinə, hər dəfə ölüm həddinə çatanda qayıtdığı sabit bir vəziyyətdir. İnqrid Honkalanın fikrincə, bu təcrübələr insan həyatının hüdudlarından kənara baxmağa imkan verir və şüurun bədənin fəaliyyətinin dayanması ilə yox olması fikrini təkzib edir.

Skeptik yanaşmalara baxmayaraq, qadın bildirir ki, yaşadıqları fiziki dünyada keçirdiyi hər şeydən daha real olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
unikal.az

2Mənbələr