Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən “V Aqrobiznesin İnkişafı Forumu”nda çıxışı zamanı bildirib ki, ölkədə banklar tərəfindən kənd təsərrüfatı sektoruna ayrılan kreditlərin həcmi 2,1 milyard manat təşkil edib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb. Kənd təsərrüfatı sektoru tikinti və nəqliyyat sahələri ilə birlikdə bankların biznes kredit portfelinin əsas drayverlərindən biri kimi çıxış edir. “Bu, sevindirici haldır”, – deyə o sədr müavini vurğulayıb.
Bildirilib ki, aqrar kredit portfelinin 82 faizi bankların öz vəsaitləri hesabına, 18 faizi isə dövlət fondları vasitəsilə maliyyələşdirilib. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin rolu xüsusi qeyd olunub. Agentlik xətti ilə verilmiş kreditlərin həcmi 66 milyon manatı ötüb.
Eyni zamanda, Azərbaycan Biznesin İnkişafı Fondu vasitəsilə ayrılan kreditlərin təxminən 40faizinin aqrar sektora yönəldiyi bildirilib.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan