AZ

I Liqa: Şəfa büdrədi , Səbail 3 xalı 3 qolla qazandı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycan 1-ci liqasında 25-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 3 matç başa tutub.

Lider "Şəfa" autsayder "Difai"nin qonağı olub. Matç qolsuz heç-heçə ilə yekunlaşıb. Beləliklə, "Şəfa" qalib gələcəyi halda çempionluğunu erkən rəsmiləşdirmək şansını əldən verib.

2-ci yerdəki "Səbail" isə "Zaqatala" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Səbail" lider "Şəfa" ilə xal fərqini daha da azaldıb.

"Şimal" və MOİK matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

6 may (çərşənbə) 

“Şimal” – MOİK - 1:1

Qollar: A.Qla, 40 // S.Fərəcov, 85

Şamaxı OİK stadionu

“Difai” – “Şəfa” - 0:0

Buzovna qəsəbə stadionu

“Zaqatala” – “Səbail” - 0:3

Qollar: A.Almeyda, 20, 34, P.Rikardo, 81

Zaqatala OİK stadionu 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
3
fanat.az

6Mənbələr