AZ

​Türkiyə gözəli hamını təəccübləndirdi -

“Miss Turkey” gözəllik yarışmasının iştirakçılarından olan Irmak Öztaş bu dəfə həyatında etdiyi dəyişikliklə gündəmə gəlib. Metbuat.az xəbər verir ki, o, 2022-ci ildə “Best Model Turkey” yarışmasında “Best Güneydoğu Anadolu” titulunun sahibi olub. Irmak Öztaş eyni ildə həm də Türkiyəni “World Miss University” müsabiqəsində də təmsil edib. Gözəllik və podyum dünyasında tanınan Irmak Öztaş daha sonra iş həyatında çətinliklərlə üzləşib. Müəyyən müddət iş tapa bilmədiyi üçün tamamilə fərqli bir sahəyə yönəlib. Türkiyə gözəli İzmirin Göztepe rayonunda bir təndirxanada işə girib.

Sosial mediada etdiyi paylaşımlarla bu dəyişimi açıqlayan Öztaş podyum həyatından gündəlik iş həyatına keçidin onun üçün yeni bir təcrübə olduğunu vurğulayıb. Bu dəyişiklik sosial şəbəkələrdə “həyatın reallığı” və “statusdan çox zəhmət” mövzularını yenidən gündəmə gətirib.

Seçilən
21
metbuat.az

1Mənbələr