Türkiyənin Yüksək Seçki Komitəsinə (YSK) yeni sədr seçilib.Bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, qurumun sədri vəzifəsinə Serdar Mutta seçilib.
Bildirilib ki, S.Mutta 1974-cü ildə Hatayın Kırıkhan rayonunda anadan olub. O, Kırıkhan Liseyini bitirib, 1995-ci ildə İstanbul Universiteti Hüquq fakültəsindən məzun olub.