AZ

İnstaqramda yazışanlara pis xəbər Gizlilik dövrü bitdi

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Instagram" 2026-cı il mayın 8-dən etibarən şəxsi yazışmalarda tətbiq edilən ucdan-uca şifrələmə funksiyasını ləğv edir. Bu funksiya aktiv olduqda mesajların məzmunu yalnız göndərən və qəbul edən tərəfə məlum olurdu.Demokrat.az xəbər verir ki, mayın 8-dən sonra bu qayda artıq qüvvədən düşəcək. Şirkət rəsmiləri bu addımı istifadəçilərin sözügedən funksiyadan nadir hallarda yararlanması ilə əsaslandırıblar. Mesajlarının gizli qalmasını istəyən şəxslərə isə "WhatsApp" tətbiqinə keçmək təklif olunub.Qeyd edək ki, "Instagram"dakı bu şifrələmə sistemi əvvəllər hüquq-mühafizə orqanları və uşaq hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən kəskin tənqid olunurdu. Onlar iddia edirdilər ki, gizli yazışmalar qanunsuz əməllərin aşkarlanmasına mane olur. İndi isə platformada yazışmaların məxfiliyi ilə bağlı yeni dövr başlayır.Yəni, "Instagram"da artıq gizli yazışmaq mümkün olmayacaq və mesajlar kənar müdaxilələrə açıq hala gələcək.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
4
demokrat.az

10Mənbələr