AZ

İspaniya Avropa Komissiyasına Vaşinqtonla bağlı çağırış edib

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

İspaniya BMT və Beynəlxalq Cinayət Məhkəməsinin rəsmilərinə qarşı ABŞ sanksiyalarını tanımamağa çağırıb

İspaniya Avropa Komissiyasından (AK) işğal olunmuş Fələstin ərazilərində insan hüquqlarının vəziyyəti üzrə BMT-nin xüsusi məruzəçisi Françeska Albaneseyə, eləcə də Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri və prokurorlarına qarşı ABŞ sanksiyalarının Avropa İttifaqında (Aİ) tətbiq edilməməsini xahiş edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Krallığın Nazirlər Kabinetinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, İspaniyanın Baş naziri Pedro Sançes "AK-nı beynəlxalq hüququn tanınmış müdafiəçilərini ABŞ hökuməti tərəfindən tətbiq edilən sanksiyalardan qorumağa çağırıb".

"2025-ci ilin fevral ayından bəri ABŞ 11 Beynəlxalq Cinayət Məhkəməsinin hakimi və prokuroruna qarşı bir neçə mərhələdə sanksiyalar tətbiq edib və 2025-ci ilin iyul ayında onlar Françeska Albaneseyə qarşı bu tədbirləri tətbiq etməyə başlayıblar", - deyə kommünikedə qeyd olunub.

İspaniya Aİ-nin xarici sanksiyaların Avropa ərazisinə təsirini neytrallaşdırmaq üçün əsas aləti olan Bloklama Qanununun dərhal aktivləşdirilməsini tələb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
ayna.az

1Mənbələr