Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 6 may, AZƏRTAC
Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev həmin ölkənin çempionatında qol vurub.
AZƏRTAC xəbər verir ki, 25 yaşlı müdafiəçi Superliqanın XXXV turunun “Partizani” ilə oyununda fərqlənib. 17-ci dəqiqədə rəqib qapısına yol tapan Əliyev komandasını hesabda önə keçirib – 1:0.
Qeyd edək ki, hazırda matçda fasilədir. “Eqnatiya” fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.