AZ

Nabranda avtomobil çuxura düşdü:Zərəri kim ödəyəcək?

Nabran yolunda baş verən qəfil çökmə nəticəsində hərəkətdə olan avtomobil yaranmış dərin çuxura düşüb. Hadisə zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Bu halda maşına dəymiş ziyanı sığorta şirkəti, yoxsa yola nəzarət edən dövlət qurumu ödəməlidir?

Sığorta eksperti Nicat Əlibəyli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, belə hallarda məsuliyyətin hansı tərəfə aid olması konkret hadisənin başvermə şəraitindən və aparılacaq rəsmi araşdırmanın nəticələrindən asılı olaraq müəyyən edilir:

"Ümumiyyətlə, bu tip hallarda avtomobilə dəymiş ziyanın qarşılanması daha çox könüllü sığorta (Kasko) müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir. İcbari sığorta isə əsasən üçüncü şəxslərə dəymiş zərərləri əhatə edir və bu kimi hallarda tətbiqi məhdud olur. Eyni zamanda, yol infrastrukturunun vəziyyəti ilə bağlı məsələlər aidiyyəti qurumlar tərəfindən araşdırıldıqdan sonra hər hansı məsuliyyət məsələsinə hüquqi qiymət verilə bilər. Bu baxımdan, həm sığorta şirkətinə müraciət olunması, həm də hadisə ilə bağlı rəsmi araşdırmanın nəticəsinin gözlənilməsi məqsədəuyğun hesab olunur".

Aytəkin TOFİQQIZI

Seçilən
40
2
redaktor.az

3Mənbələr