BAKI, 6 may. TELEQRAF
İsrail ordusu Tehrana qarşı genişmiqyaslı əməliyyatı bərpa etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İQQ) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
"Biz qələbələrimizi dərinləşdirəcək və İran rejimini daha da zəiflədəcək güclü və genişmiqyaslı əməliyyatı bərpa etmək üçün yüksək hazırlıq vəziyyətindəyik. İranda bir sıra əlavə hədəflərimizi müəyyən etmişik" - Qərargah rəisi qeyd edib.
Zamirin sözlərinə görə, İsrailin birdən çox cəbhədə əməliyyat vasitəsilə regional reallığı dəyişdirmək üçün tarixi bir fürsəti var. O əlavə edib ki, ABŞ ordusu ilə əməkdaşlıq və koordinasiya davam edir.