AZ

Psixoloq uşaqlarda psixi pozuntuların artma səbəblərini açıqladı

Bu gün azyaşlılar əvvəlki illərlə müqayisədə daha tez-tez psixi pozuntularla üzləşir və peşəkar yardım üçün müraciət edirlər. 

HİT.az xəbər verir ki, bu barədə klinik psixoloq Tatyana Meteleva “İzvestiya” qəzetinə bildirib.

Mütəxəssisin sözlərinə görə, əvvəllər əsasən yeniyetmə yaşında olan uşaqlar psixoloqa müraciət edirdisə, indi 9–10 yaşlı uşaqlar arasında da müraciətlərin sayı artıb. Ən çox rast gəlinən səbəblərdən biri davranış pozuntularıdır, xüsusilə deviant (normadan kənar) davranış formaları.

Psixoloq vurğulayıb ki, valideynlər xüsusilə veyp istifadəsinə meyilli uşaqlarda davranış dəyişikliklərini daha tez hiss edirlər. Artıq 9–10-cu siniflərdə nikotin və ya oyun asılılığı kimi formalaşmış asılılıqlar müşahidə olunur.

“Eyni zamanda narahatlıq pozuntuları, emosional qeyri-sabitlik və ciddi davranış çətinlikləri də rast gəlinir. Uşaq 9–10 yaşında artıq demək olar ki, idarəolunmaz hala gələ bilər — valideynlərə qarşı kobud davranır, aqressiv reaksiya verir”, deyə mütəxəssis bildirib.

Samir
 

Seçilən
0
35
hit.az

10Mənbələr