Sumqayıt Dövlət Dram Teatrının tarixi, zəngin sənət ənənələri və müasir fəaliyyətini əks etdirən “Müşahidə” adlı qısametrajlı film çəkilib.
Filmin rejissoru və ssenari müəllifi Xəyalə Pircanova, operatoru Hüseyn Kərimov, operator assistenti isə Murad Cəbrayılovdur.
Filmin Sumqayıt teatrında təqdimatı keçirilib. Nümayişdən sonra Sumqayıt Dövlət Dram Teatrı Yaradıcılıq şöbəsinin müdiri Xalq artisti Firudin Məhərrəmov çıxış edərək teatrın rəhbərliyi və kollektivi adından layihənin müəlliflərinə təşəkkürünü bildirib.
Rejissor Xəyalə Pircanova ekran işinin ideyası, yaranma prosesi və əsas məramı haqqında ətraflı məlumat verib.



