CNN telekanalının qurucusu Ted Terner vəfat edib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Ted Ternerin 87 yaşında vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Ted Terner BMT Fondunun qurucusu, xeyriyyəçi, qlobal miqyasda nüvə silahlarının ləğv edilməsini dəstəkləyən aktivist kimi tanınıb.
O, 1991-ci ildə “Time” jurnalı tərəfindən “İlin adamı” seçilib.