AZ

Qubanın bəzi ərazi vahidlərinin adları ilə bağlı qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib  

Mayın 6-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda komitə sədri bir neçə gün sonra müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün qeyd olunacağını deyib. Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Siyavuş Novruzov gündəliyə “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin daxil edildiyini bildirib. Qeyd olunub ki, layihədə Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının yerli sakinlərin müraciətləri və Toponimiya Komissiyasının rəyi nəzərə alınmaqla müvafiq olaraq “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif edilir.

Sənədin müzakirəsində deputatlar Vasif Qafarov, Əlibala Məhərrəmzadə, Elman Məmmədov, Elşən Musayev, Aydın Mirzəzadə, həmçinin Quba bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev, Timiryazev və Alekseyevka bələdiyyəsinin sədri Elçin Manafov çıxış edərək fikirlərini bildiriblər.

Müzakirənin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Seçilən
38
2
azerbaijan-news.az

3Mənbələr