AZ

Gəncədə gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb YENİLƏNİB

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Gəncədə dava zamanı gənc oğlanı bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

19:42Gəncədə kütləvi dava olub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə, 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü S.Huseynova və 1985-ci il təvəllüdlü A.İsmayılova digər xəsarətlərlə xəstəxanaya yeləşdirilib.

Onlara ilkin tibbi yardım edilib.

İlkin məluamata görə, ailələr arasında qız qaçırmaq istəyən zaman dava düşüb. Bu zaman 3 nəfər döyülüb, bir nəfər bıçaqlanıb.

Fakt polis əməkdaşları tərəfindən araşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
8
apa.az

10Mənbələr