AZ

Bakını sel bundan əvvəl də yuyub : Düz 60 il öncə paytatxda nə olmuşdu...

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda iqlim göstəricilərində son illər müşahidə olunan dəyişikliklər həm temperatur, həm də ekstremal hava hadisələrinin artması ilə özünü göstərir.

5-ci Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev də ölkədə müşahidə olunan bu tendensiyalara diqqət çəkib.

O bildirib ki, 2025-ci ildə ölkə üzrə orta temperatur 14,3 dərəcəyə çatıb:

“Bu isə əvvəlki dövrlərlə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ölkə üzrə ən yüksək orta temperatur 2021-ci ildə 16,2 dərəcə qeydə alınıb:.

Ölkə üzrə istilik dalğaları da tez-tez baş verir və daha uzun davam edir:

“Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeydə alınıb. Ötən il ən uzun istilik dalğası 14 gün olmaqla Şəkidə, Bakıda isə 7 gün davam edib. Sel hadisələrinin sayı da artır. 2015-ci ildə ölkədə 15, 2020-ci ildə 36, 2025-ci ildə 33 sel hadisəsi baş verib. 2026-cı ilin ilk aylarında da bu tendensiya davam edib.

Bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntının miqdarı normadan 1,5-3,5 dəfə, paytaxtda isə 5 dəfə çox olub”.

Bakıda rekord yağıntı nə vaxt qeydə alınıb?

Bakıda yağıntılarla bağlı göstəricilərə əsasən, güclü yağışlar 1966 və 2025-ci illərdə qeydə alınıb. Belə ki, 2025-ci ildə Bakıda 15 saat davam edən güclü yağış zamanı 57 mm yağıntı düşüb və bu, aylıq normadan 217 faiz çox olub. Bu, son illərin ən yüksək yağıntılarından biri sayılır. 

Daha əvvəl, 1966-cı ildə 23 apreldə isə Bakıda daha güclü yağış qeydə alınıb. Həmin gün 73,3 mm yağıntı düşüb və bu da aylıq normanı 317 faiz üstələyib. Bu göstərici uzun illər ərzində Bakıda qeydə alınan ən yüksək yağıntı dəyərlərindən biri kimi qalır.

Bu cür qısa müddətdə bu qədər yağıntının düşməsi şəhər infrastrukturuna ciddi yük yaradır, bəzi ərazilərdə suyun yığılması və qısa müddətli daşqın halları müşahidə olunur.

Qeyd edək ki, Bakı şəhəri üçün orta illik yağıntı norması təxminən 200–250 mm aralığında hesab olunur. Bu göstərici il ərzində düşməli olan yağıntının ümumi miqdarını ifadə edir və bölgələr üzrə dəyişə bilər.

Buna görə də bir neçə saat və ya bir gün ərzində bu normaya yaxın və ya onu aşan yağıntıların düşməsi qeyri-adi və ekstremal hava hadisəsi kimi qiymətləndirilir.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
50
cebheinfo.az

10Mənbələr