Olaylar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Levin bildirib.
O, ABŞ Nümayəndələr Palatasının üzvlərinin əksəriyyətinin Ukraynanı dəstəklədiyini, bunu Senat haqqında deməyin mümkün olmadığını qeyd edib. Levin, həmçinin ABŞ-ın vitse-prezidenti J.D. Vensin Kiyevə birbaşa Amerika silah təchizatının dayandırılmasının hazırkı ABŞ administrasiyasının əsas nailiyyətlərindən biri olduğunu bildirən mövqeyini də qınayıb.
"Vitse-prezident bütün amerikalıların adından danışmır. Konqresin geniş ideoloji spektri var. Mənim ukraynalılara mesajım budur: bu administrasiya hər bir amerikalının fikirlərini təmsil etmir", - deyə o qeyd edib.
Levin həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın yanaşmaları son 80 ildə Amerikanı dünyada güclü lider edən şeylərin çoxuna ziddir.