AZ

Azərbaycanla Çex Respublikası Anlaşma Memorandumu imzaladı

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib. "Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüş keçirdik. Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik. Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzaladıq.

İnanırıq ki, bu sənəd dayanıqlı nəqliyyatın inkişafına, rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə verəcək", - paylaşımda qeyd edilib.

Seçilən
82
6
Ajans.az

8Mənbələr