AZ

Rolling Stones 25 ci studiya albomunun buraxılışını elan etdi...

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

Albom iyul ayında çıxacaq…

...Britaniyalı rok qrupu The Rolling Stones-un yeni studiya albomu 10 iyulda çıxacaq.

Albom “Foreign Tongues” adlanır. Albomda 14 mahnı olacaq və qrup bu gün ilk sinqlı olan “In The Stars”-ı buraxıb.

Qrup İnstaqramda Mik Caqqer, Kit Riçards və Ronni Vudun səsyazma studiyasında işlədiklərini əks etdirən video paylaşıb.

SİA xəbər verir ki, Variety-nin məlumatına görə, yeni albomda Pol Makkartni, “The Cure” qrupunun solisti Robert Smit və “Red Hot Chili Peppers” qrupunun üzvü Çad Smit yer alacaq.

Albom Qərbi Londondakı Metropolis Studios-da bir aydan az müddətdə yazılıb.

Albomun prodüseri Ledi Qaqa, Elton Con və Ozzi Osborn ilə işləmiş Endryu Vattdır.

“Foreign Tongues” qrupun 15 ildən sonra orijinal materialları özündə birləşdirən ilk studiya albomu olan 24-cü albomu “Hackney Diamonds”dan üç ildən az müddət sonra çıxıb.

Nazlı Almuradova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
sia.az

2Mənbələr