AZ

Bayramov ukraynalı həmkarı ilə danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı aparılıb. Bu barədə Sibiqa sosial şəbəkədə paylaşım edib.

Sibiqa qeyd edib ki, tərəflər Qəbələdə keçirilmiş əvvəlki görüşlər zamanı əldə olunan razılaşmaların icrasını və ikitərəfli əməkdaşlığın inkişafı üçün gələcək addımları müzakirə ediblər.

Onun sözlərinə görə, danışıq zamanı regional təhlükəsizlik və digər beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ukrayna XİN başçısı Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini, həmçinin xüsusilə enerji sahəsində göstərilən humanitar yardımı yüksək qiymətləndirib.

Nazir əlavə edib ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər. 

Seçilən
0
50
anews.az

10Mənbələr