AZ

Baş Prokurorluq məlumat yaydı

Bəzi xəbər saytlarında Bakı şəhərində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə dövlət ittihamını müdafiə edən prokurorun məhkəmədəki çıxışı ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Yayılan xəbərlərdə guya dövlət ittihamçısının təqsirləndirilən şəxsə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası istədiyi iddia olunub.

Bununla bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığı bildirilib.

Qeyd olunub ki, dövlət ittihamçısı çıxışında Babək İbadovun ittiham olunduğu əməlin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə toplanmış sübutların məcmusunu və cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Sonda media nümayəndələri və ictimaiyyət yalnız rəsmi mənbələrə istinad etməyə, yoxlanılmamış və yanlış məlumatları yaymamağa çağırılıb.

Seçilən
0
3
ucnoqta.az

10Mənbələr