AZ

bp nin vitse prezidenti və British Council ın direktoruna Kral III Çarlzın adından mükafatlar təqdim olunub FOTOLAR

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və "British Council"ın direktoru Nərgiz Hacıyevaya Böyük Britaniya Kralı III Çarlzın adından fəxri mükafatlar təqdim olunub.Demokrat.az  "Report"a istinadən xəbər verir ki, mükafatları onlara Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld təqdim edib.Səfir qeyd edib ki, Böyük Britaniya və Azərbaycan arasında münasibətlərin inkişafına verdikləri töhfəyə görə bu mükafatları B.Aslanbəyli və N.Hacıyevaya təqdim etmək onun üçün böyük şərəfdir."Ən böyük imtiyazlardan biri bir insana onun əlahəzrət kral tərəfindən mükafata layiq görüləcəyini xəbər vermək imkanıdır. Daha yaxşısı isə bu mükafatı şəxsən əlahəzrətin adından təqdim etməkdir. Dərin hörmət bəslədiyim iki insana belə mükafatları təqdim etmək xüsusi bir məmnuniyyətdir. Buradakı dörd illik fəaliyyətim dövründə və məndən çox əvvəl - bir çox Britaniya səfirlərinin dövründə Böyük Britaniya və Azərbaycan arasında əlaqələrin inkişafına böyük töhfə vermiş iki insana təqdim etmək", - Auld qeyd edib.Öz növbəsində Aslanbəyli və Hacıyeva işlərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirərək, bu mükafatı peşəkar fəaliyyətləri boyu əməkdaşlıq etdikləri bütün komandaların və tərəfdaşların səylərinin tanınması kimi qəbul etdiklərini qeyd ediblər.Xatırladaq ki, Bəxtiyar Aslanbəyli Kral III Çarlz tərəfindən Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) fəxri adı ilə təltif edilib. Nərgiz Hacıyeva isə Britaniya İmperiyası Ordeninin Fəxri Üzvü (MBE) adına layiq görülüb.

Seçilən
14
1
demokrat.az

2Mənbələr