Türkiyədə Bosfor boğazından gəmilərin keçidi dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Gəmilərin müvəqqəti dayandırılmasına səbəb Panama bayrağı altında üzən "Queen Bee" gəmisində baş verən nasazlıq olduğu bildirilib.
"Bosfor boğazında gəmilərin hərəkəti quru yük gəmisinin mühərrikinin sıradan çıxması səbəbindən dayandırılıb", — deyə məlumatda qeyd olunub.
Hazırda quru yük gəmisinə doğru yedəkçi gəmilər göndərilib.
Bizim.Media