ain.az bildirir, Axsham.az portalına istinadən.
Amerikalı aktrisa K'orianka Kilçer “Avatar” franşizasının yaradıcısı Ceyms Kemeronu öz görünüşünü oğurlamaqda ittiham edib.
Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Aktrisa "Disney" və rejissora qarşı iddia qaldıraraq şəxsiyyətinin mənimsənildiyini bildirib. Onun sözlərinə görə, yeniyetməlik dövründəki üz cizgiləri “Avatar” franşizasının əsas qəhrəmanı "Neytiri" obrazının yaradılmasında istifadə olunub.
Kilçerin iddiasına əsasən, hələ 2010-cu ildə xeyriyyə tədbirlərindən birində Ceyms Kemeron ona "Neytiri" obrazı üçün ilk ilham mənbəyi olduğunu deyib. Aktrisa o zaman bunun onun real üzünün köçürülməsinə işarə olduğunu anlamadığını qeyd edib. O, həmçinin rejissorun 2024-cü ildə fransız nəşrinə verdiyi müsahibəyə istinad edib. Həmin müsahibədə Kemeron "Neytiri"nin aşağı üz hissəsinin aktrisadan götürüldüyünü bildirib.
Aktrisa əlavə edib ki, süni intellekt dövründə insanların şəxsiyyəti artıq təhlükəsiz deyil:
“Mənim başıma gələn şəxsi məsələ olsa da, bu, ciddi xəbərdarlıqdır. Əgər indi tədbir görməsək, belə hallar adi hala çevriləcək.”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.