AZ

İTV oxları “CBC Sport”a yönəltdi “Hazırda davam edən oyunun yayını ilə bağlı yaranmış problemə görə...”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çempionlar Liqasının yarımfinal mərhələsinin hazırda davam edən “Bavariya” – PSJ oyununa azərbaycanlı futbolsevərlər yerli telekanallarda baxa bilmir. Milyonlarla futbol həvəskarı internetdə pirat yayınlar gerçəkləşdirən kanallar axtarır. Bunun bir adı var: BİABIRÇILIQ!İctimai Televiyaza bir neçə dəqiqə əvvəl rəsmi sosial şəbəkə hesabında durumla bağlı açıqlama yayıb: “Əziz futbolsevərlər!Məlumat üçün bildiririk ki, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin “Arsenal” və “Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun İctimai Televiziyanın efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub.“Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İctimai Televiziyaya məxsus deyil. Hazırda davam edən oyunun yayını ilə bağlı yaranmış problemə görə İctimai Televiziya məsuliyyət daşımır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
4
icma.az

6Mənbələr