AZ

Razılaşma əldə edə bilərik -

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı ilə bağlı mövqeyinə aydınlıq gətirib.Metbuat.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, Tehran danışıqlar zamanı nüvə silahı əldə etmək səylərindən imtina etməyə razılaşıb. “İran nüvə silahına sahib ola bilməz və olmayacaq da. Digər məsələlərlə yanaşı, onlar buna razılıq veriblər”, – deyə Tramp vurğulayıb.ABŞ lideri əlavə edib ki, İran hazırda Vaşinqtonla razılığa gəlməkdə maraqlıdır və tərəflər arasında qənaətbəxş razılaşmanın əldə olunacağına ümid var. Onun sözlərinə görə, proses hələ yekunlaşmayıb, lakin yaxın zamanda nəticə əldə edilə bilər.

Tramp həmçinin bildirib ki, ABŞ-ın tətbiq etdiyi tədbirlər, o cümlədən dəniz blokadası İran üçün ciddi çətinliklər yaradıb və bu addımların effektiv nəticə verdiyini iddia edib.

Seçilən
36
metbuat.az

1Mənbələr