AZ

“Anasının 20 yaşı yoxdur, başqa uşağı 6 aylıq ikən ölübmüş” Video

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın anası erkən evliliyin qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

 O bildirib ki, qadının sosial vəziyyəti ağır olub:

“Ananın 20 yaşı tamam olmayıb. Məlumata görə, bu uşaqdan başqa bir övladı da 6 aylıq olarkən dünyasını dəyişib. Ana bildirib ki, uşağı tez-tez evdə tək qoyaraq işləməyə gedirmiş. Onlar kirayədə müxtəlif ünvanlarda yaşayıb və davranışlarına görə yaşayış yerlərini tez-tez dəyişiblər”.

Onun sözlərinə görə, uşaq tapılan zaman ağır vəziyyətdə olub:

“Uşaq bizə gətiriləndə çox baxımsız halda idi. Hətta geyimlərini polis əməkdaşları təmin edib. Göz kontaktı qurmur, adına reaksiya verməsi üçün bir neçə dəfə səsləmək lazım olur”.

Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən uşağın vəziyyəti qiymətləndirilir. Müvafiq müayinələr başa çatdıqdan sonra onun mənafeyinə uyğun olaraq sosial qayğı ilə təmin edilməsi istiqamətində addımlar atılacaq.

Daha ətraflı “Baku TV”nin süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
qafqazinfo.az

2Mənbələr