AZ

“Qalatasaray” niderlandlı futbolçunu transfer etməyəcək

“Qalatasaray” Noa Lanqın transfer hüququnu almayacaq.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Napoli”dən icarəyə götürdüyü niderlandlı vinger üçün nəzərdə tutulan 30 milyon avroluq satınalma bəndini aktivləşdirməmək qərarına gəlib.

26 yaşlı futbolçu mövsümün sonunda Neapol təmsilçisinə geri dönəcək. Lanq “Qalatasaray”da keçirdiyi 17 oyunda 2 qol vurub, 2 assist edib.

Seçilən
60
idmanxeber.az

1Mənbələr