AZ

Azərbaycanlı futbolçular Albaniyada qarşılaşdı, Zamiq qol vurdu - Video

style='margin-bottom:10px;'>

Albaniyada Superliqanın 35-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu turda azərbaycanlı futbolçuların komandaları üz-üzə gəlib.

Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" (Tirana) səfərdə Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb. Vüsal fasilədə əvəzlənib. 90 dəqiqə meydanda olan Zamiq isə 17-ci dəqiqədə komandasının ilk qolunu vurub. "Eqnatiya"da digər qolu isə 56-cı dəqiqədə Somayla Bakayako rəqib qapısından keçirib.

Qeyd edək ki, “Eqnatiya” 35 turdan sonra 57 xalla 3-cü, “Partizani” isə 45 xalla 5-ci pillədə qərarlaşıb.

Seçilən
47
2
teleqraf.com

3Mənbələr