AZ

İsfəndiyar İbrahimovun xatirəsinə həsr olunmuş tədbir keçirildi FOTOLAR

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 6 may 2026-cı il tarixdə Abşeron rayonu St. Sumqayıt ərazisində, Məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə fəaliyyət göstərən rayonun M.Əliyev adına Hal kənd tam orta məktəbində, rayonun Hal kənd sakini, uzun illər Hal kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmış Əməkdar müəllim, "Şərəf nişanı" ordenli İsfəndiyar Haqverdi oğlu İbrahimovun 116 illik şərəfli ömür yoluna həs olunmuş tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb kollektivləri və Hal kənd orta məktəbinin keçmiş məzunları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Malik İsaqov orta məktəb illərini xatırlayaraq, müəllimi olmuş mərhum İsfəndiyar İbrahimov haqqında yüksək fikirlərini bölüşüb:

"O, bizə təkcə fənnin sirlərini öyrədən bir müəllim deyil, həm də rəhbərlik etdiyi təhsil ocağında yüksək nizam-intizam yaradan, uzaqgörən bir məktəb direktoru idi. Onun rəhbərlik fəaliyyəti özlüyündə bir idarəçilik məktəbi idi.

İsfəndiyar müəllim mahir bir təşkilatçı kimi məktəbin bütün kollektivini vahid bir amal uğrunda birləşdirməyi bacarırdı. Onun direktor olduğu illərdə təhsil ocağımız rayonun ən nümunəvi məktəblərindən birinə çevrilmişdi. O, hər bir şagirdin qabiliyyətini düzgün qiymətləndirməyi, bizdə məsuliyyət hissini formalaşdırmağı hər şeydən üstün tuturdu. Biz ondan təkcə elm öyrənmədik, həm də işə dürüst yanaşmağı, təşkilatçılığı və liderlik xüsusiyyətlərini əxz etdik.

Bu gün mən bir rayon rəhbəri kimi fəaliyyət göstərərkən, vaxtilə İsfəndiyar müəllimin bir direktor kimi bizə göstərdiyi o prinsipiallıq və təşkilatçılıq nümunələrini hər zaman ehtiramla xatırlayıram. Belə fədakar ziyalıların xatirəsi hər zaman uca tutulmalıdır. Allah rəhmət eləsin!".

 Daha sonra çıxış edən həmin dövrün məzunları və mərhumun həmkarları da öz unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. 

Tədbir müğənnilərin ifalarında musiqi parçaları, məktəb şagirdlərinin və mərhum İsfəndiyar İbrahimovun nəvə və nəticələrinin söylədiyi şeirlərlə davam etdirildi.

İsfəndiyar Haqverdi oğlu İbrahimov 1910-cu ildə Qubadlı rayonunun Hal kəndində ortabab kəndli ailəsində dünyaya göz açıb. Atası Haqverdi, Zəngəzur və Qarabağ bölgəsində tanınmış şairlərdən biri olmuş, qoşma və qəzəlləri dillər əzbərinə çevrilib. Qardaşı İdris isə yaxşı bir yazıçı kimi tanınıb. 

İlk təhsilini doğma Hal kənd orta məktəbində alan İsfəndiyar müəllim daha sonra Şuşa pedaqoji məktəbində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirib Təhsilini başa vurduqdan sonra o, müəllimlik fəaliyyətinə başlayaraq rayonun müxtəlif məktəblərində çalışıb. 1961-ci ilə qədər müəllim kimi fəaliyyət göstərmiş, həmin ildən ömrünün sonuna qədər Hal kənd orta məktəbində direktor vəzifəsində işləyib. 

Əmək fəaliyyətinə və cəmiyyətə verdiyi töhfələr yüksək qiymətləndirilmiş, o, “Əməkdə fərqlənməyə görə” medalı, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, 1960-cı ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdü.

  İsfəndiyar Haqverdi oğlu İbrahimov 1980-ci il mart ayının 3-də vəfat edib. 

Mehdiabad ərazisində baxımsız vəziyyətdə tapılan azyaşlı polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.

"Unikal" xəbər verir ki, hadisə ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Baku TV-yə açıqlama verib.

O bildirib ki, uşaq təxminən iki gün əvvəl Fatmayı qəbiristanlığı yaxınlığında, məscid ətrafında aşkarlanıb.

"Uşağın anası rəsmi şəkildə, notarial qaydada övladından imtina etdiyini bildirib. Azyaşlı artıq bütün tibbi müayinələrdən keçirilib, onun doğum haqqında şəhadətnaməsi var", - deyə K.Ağazadə qeyd edib.

Birliyin sədri, həmçinin uşağın anasının erkən evliliyin qurbanı olduğunu və ağır sosial vəziyyətdə yaşadığını vurğulayıb: "Ananın hələ 20 yaşı tamam olmayıb. Məlumata görə, bu uşaqdan başqa daha bir övladı olub, lakin o, altı aylıq olarkən dünyasını dəyişib. Ana bildirib ki, uşağı tez-tez evdə tək qoyaraq işləməyə gedirmiş. Onlar müxtəlif ünvanlarda kirayədə yaşayıblar və davranışlarına görə yaşayış yerlərini tez-tez dəyişməli olublar".

K.Ağazadə uşağın tapılan zaman ağır vəziyyətdə olduğunu da əlavə edib: "Uşaq sığınacağa gətiriləndə çox baxımsız halda idi, hətta geyimlərini polis əməkdaşları təmin ediblər. O, göz kontaktı qurmur, adına reaksiya verməsi üçün bir neçə dəfə səsləmək lazım gəlir".

Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən uşağın vəziyyəti qiymətləndirilir. Müvafiq müayinələr başa çatdıqdan sonra azyaşlının mənafeyinə uyğun olaraq, onun sosial qayğı ilə təmin edilməsi istiqamətində zəruri addımlar atılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
unikal.az

10Mənbələr