AZ

Qonşuda yanacaq bahalaşdı

Gürcüstanda yanacaq yenidən bahalaşıb.

Publika.az xəbər verir ki, xüsusilə, bəzi brend yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın qiyməti son bir həftədə 20–30 tetri, mart ayından bəri isə 1 lari 24 tetri (50 sent) artıb.

Qiymət artımı Yaxın Şərqdə baş verən münaqişə fonunda son iki ay ərzində mütəmadi olaraq davam edir.

Müxtəlif yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti 4,19 və 4,37 lari arasında dəyişir. Bu, mart ayının 7-dən bəri ən yüksək göstəricidir. Martın 7-də qiymət 3,13 lari olub və qiymət artımı 1,24 lari təşkil edib.

Seçilən
1
6
publika.az

10Mənbələr