AZ

İran Hörmüz boğazında "yeni qaydalar" ELAN ETDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmilərin strateji əhəmiyyətli Hörmüz boğazından keçidinin "yeni prosedurlar" əsasında təmin ediləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu qərar ABŞ-ın gəmilərin təhlükəsiz keçidinə kömək məqsədilə başlatdığı qısamüddətli hərbi əməliyyatı dayandırmasından sonra verilib.

CNN-in məlumatına görə, bu, rəsmi Tehranın Vaşinqtonun "Project Freedom" ("Azadlıq Layihəsi") əməliyyatını dayandırmaq qərarına ilk reaksiyası hesab olunur. Qeyd edək ki, sözügedən əməliyyat müharibə zamanı blokadada olan Hörmüz boğazından kommersiya gəmilərinin müşayiət olunmasını nəzərdə tuturdu.

ABŞ bu missiyaya bazar günü start versə də, artıq çərşənbə akşamı sülh danışıqlarında əldə olunan irəliləyişi əsas gətirərək fəaliyyətini dondurub.

İran tərəfinin bəyanatında "yeni prosedurların" konkret nələri ehtiva etdiyi açıqlanmayıb. Bununla belə, sənəddə Fars körfəzi və Ərəbistan dənizindəki kapitanlara və gəmi sahiblərinə boğazdan "İran qaydalarına uyğun" keçid zamanı göstərdikləri əməkdaşlığa görə təşəkkür edilib.

Xatırladaq ki, İran daha əvvəl boğazdan keçən gəmilərə nəzarət etmək və təhlükəsiz keçid üçün rüsum toplamaq niyyətini açıqlamışdı. Tehranın bu addımı beynəlxalq birliyin ciddi tənqidinə səbəb olmuşdu.

Musavat.com

Seçilən
10
50
musavat.com

10Mənbələr