AZ

Saat 10:00-da qaz kəsiləcək -

Şəmkir rayonunun bəzi kənlərində qaz olmayacaq.Metbuat.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüləcək təmir işləri, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Şəmkir rayonunun Qılıncbəyli, Qaracəmirli, Qaralar, Ağlavaşlı kəndlərinin həmçinin Daşkəsən rayonunun Yuxarı Daşkəsən, Alunitdağ, Mədənçilər qəsəbələrinin və Mollahəsənli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
1
24
metbuat.az

10Mənbələr