Halva xüsusilə küncüt əsasında hazırlandığı üçün orqanizm üçün bir sıra faydalı maddələrlə zəngindir. Tərkibində kalsium, maqnezium, fosfor və E vitamini kimi maddələr var ki, bunlar sinir sistemi, sümüklərin möhkəmliyi və dəri sağlamlığı üçün vacib sayılır.
Day.Az xəbər verir ki, mütəxəssislərə görə, küncüt tərkibli halva antioksidant təsir göstərən sesamin və sesamolin kimi birləşmələr ehtiva edir.
Bu maddələr orqanizmdə oksidləşmə stressini azalda və hüceyrə zədələnməsinin qarşısını qismən ala bilər. Nəticədə dəri elastikliyi və ümumi enerji səviyyəsi daha uzun müddət qoruna bilər.
Bununla belə, həkimlər xəbərdarlıq edir ki, halva yüksək kalorili və şəkərli qida olduğundan həddindən artıq istifadəsi məsləhət deyil. Kiçik porsiyalarla qəbul edildikdə isə daha çox emal olunmuş şirniyyatlara sağlam alternativ kimi qiymətləndirilə bilər.