AZ

Qurban bayramında ətin qiyməti belə dəyişəcək

Qurban bayramı ərəfəsində heyvan bazarında qiymət artımı gözləntiləri artıq ənənə halını alıb. Statistik məlumatlar bu il də tendensiyanın dəyişmədiyini, əksinə bir neçə əlavə faktorun qiymətlərə təzyiq etdiyini göstərir. Məsələyə iqtisadi reallıqlar və istehlakçı davranışı prizmasından yanaşanda ortaya aydın mənzərə çıxır.

Publika.az xəbər verir ki, bu barədə Akif Nəsirli Globalinfo-ya bildirib.

Onun fikrincə, qiymət artımı realdır və məntiqlidir, çünki istehsal xərcləri kəskin yüksəlib. Yem, baytarlıq dərmanı, nəqliyyat və saxlama xərclərində son bir ildə 20 faizə yaxın bahalaşma qeydə alınıb. Fermer üçün bu xərclər birbaşa maya dəyərinə təsir edir. Heyvanı saxlamaq, kökəltmək, şəhər bazarına gətirmək əvvəlki illərlə müqayisədə xeyli baha başa gəlir. Fermerlər bazarın qaydasını yaxşı bilir: bayram qabağı tələb pik həddə çatır və bu dövrdə qiyməti qaldırmaq tam iqtisadi davranışdır. Təklif məhduddur, alıcı isə dini vəzifəsini yerinə yetirmək üçün almağa məcburdur.

Nəticədə qiymət artımı qaçılmaz olur.

Ən vacib məqam isə vaxt faktorudur. Təcrübə göstərir ki, bayramdan əvvəlki son 2-3 həftədə qiymət sıçrayışı 10-15 faiz təşkil edir. Yəni mayın əvvəlində 800 manata təklif olunan dana mayın 25-26-da 900-920 manata satıla bilər. Eyni qayda qoyun və keçi üçün də keçərlidir. Buna səbəb son günlərdə alıcı axınının artması və satıcının “artıq endirim etmərəm, onsuz da alacaqlar” psixologiyasıdır. Ona görə qənaət etmək istəyən istehlakçı üçün ən praktik tövsiyə heyvanı bayramdan ən azı 3-4 həftə əvvəl almaqdır.

Seçilən
35
6
publika.az

7Mənbələr