AZ

Marko Rubio yaxın günlərdə Hindistana səfər edəcək

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio yaxın vaxtlarda Hindistana səfər edəcək. Səfərin may ayının sonunadək baş tutacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın Yeni Dehlidəki səfiri Serdjo Qor məlumat verib.

“Səbir səbirsizliklə dövlət katibi Rubionu Hindistanda qarşılamağı gözləyirəm. ABŞ Hindistanla inkişaf edən tərəfdaşlığı yüksək qiymətləndirir və hər iki ölkəyə, eləcə də bütün dünyaya fayda verəcək daha möhkəm əlaqələrin qurulmasından məmnundur. Tezliklə görüşərik, cənab dövlət katibi”, – deyə diplomat "X" sosial şəbəkəsində yazıb.

"The Hindu" qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Rubionun Yeni Dehliyə səfəri mayın 24-26-na planlaşdırılıb. Səfər çərçivəsində onun Hindistanın baş naziri Narendra Modi, milli təhlükəsizlik müşaviri Adit Doval və xarici işlər naziri Subramanyam Cayşankar ilə görüşləri nəzərdə tutulur.

Nəşrin məlumatına əsasən, danışıqların ABŞ-Hindistan münasibətlərinin gələcək istiqamətini müəyyənləşdirəcəyi gözlənilir. Müzakirələrdə tariflər, sanksiyalar və Qərbi Asiyadakı müharibənin nəticələri fonunda iki ölkə arasında münasibətlərdə yaşanan enişli-yoxuşlu məqamlar da diqqət mərkəzində olacaq.

Rubionun Yeni Dehli səfəri zamanı ABŞ, Hindistan, Avstraliya və Yaponiyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) xarici işlər nazirlərinin toplantısında da iştirak etməsi planlaşdırılır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
bizimyol.info

1Mənbələr