AZ

FİFA “Neftçi”yə transfer qadağası qoydu

FİFA “Neftçi” futbol klubuna transfer qadağası tətbiq edib.

Publika.az xəbər verir ki, qərara əsasən, komanda 5 may 2026-cı il tarixindən etibarən növbəti üç transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.

Qadağanın səbəbləri hələlik açıqlanmayıb.

Qeyd edək ki, paytaxt təmsilçisini hazırda ukraynalı mütəxəssis Yuri Vernidub çalışdırır. O, 2025-ci ilin dekabrında baş məşqçi vəzifəsinə təyin olunub.

Seçilən
5
4
publika.az

9Mənbələr