May ayı bəzi bürclər üçün həm maddi qazanc, həm də uğurlu fürsətlərlə yadda qalacaq.
Musavat.com xəbər verir ki, astrologların proqnozlarına görə, bu ay xüsusilə 4 bürcün həyatında böyük dəyişikliklər, gözlənilməz gəlirlər və karyera yüksəlişi mümkündür. Uzun müddətdir əziyyət çəkən və qarşılığını ala bilməyən şəxslər nəhayət zəhmətlərinin bəhrəsini görə bilərlər.
Planetlərin mövqeyi xüsusilə maliyyə, iş və şəxsi inkişaf sahəsində yeni qapılar açacaq. Bəzi bürclər üçün may ayı sözün əsl mənasında dönüş nöqtəsinə çevrilə bilər.
Buğa
May ayının ən şanslı bürclərindən biri Buğa olacaq. Maliyyə ilə bağlı gözlənilməz xəbərlər, yeni gəlir mənbələri və iş imkanları gündəmə gələ bilər. Xüsusilə öz biznesi olan və ya əlavə qazanc axtaran Buğalar üçün uğurlu dövr başlayır. Ayın ikinci yarısında böyük alış-veriş və yatırım planları da reallaşa bilər.
Əkizlər
Əkizlər üçün may ayı parlaq uğurlarla yadda qalacaq. Karyera sahəsində diqqət mərkəzinə düşəcək Şirlər rəhbərlikdən dəstək görə, yeni təkliflər ala bilərlər. Maddi baxımdan da şans onların tərəfində olacaq. Uzun müddətdir gözlənilən bir ödəniş və ya qazanc Şirlərin rahat nəfəs almasına səbəb ola bilər.
Əqrəb
Əqrəblər üçün may ayı həm emosional, həm də maliyyə baxımından güclü enerji gətirir. Xüsusilə əvvəllər yarımçıq qalan işlərin tamamlanması və yeni müqavilələr gündəmdə olacaq. Pul axınının artması Əqrəblərin həyat keyfiyyətinə müsbət təsir göstərəcək. Ay ərzində sürpriz qazanc ehtimalı da yüksəkdir.
Oğlaq
Oğlaqlar üçün may ayı zəhmətin qarşılığını almaq dövrü olacaq. İş həyatında yüksəliş, gəlirin artması və yeni layihələr ön plana çıxacaq. Maliyyə baxımından daha sabit və rahat bir mərhələyə keçid mümkündür. Astrologlar bildirirlər ki, Oğlaqlar bu ay düzgün qərarlar verərsə, uzunmüddətli uğurun təməlini qoya bilərlər.
Musavat.com