AZ

Aynişan 45 min, Ülviyyə 40 min itirdi... - Nə baş verir?

“Instagram” dünən axşam bot hesab təmizliyi edib.

“Yeni Sabah” xəbər verir ki, bu vəziyyət neçə-neçə profil və biznes səhifəsinin izləyici sayında nəzərəçarpacaq azalmanın yaşanmasına səbəb olub. Bununla xarici məşhurlar xeyli sayda izləyici itiriblər.

Yerli tanınmışlar da həmin vəziyyətdən gileylənib və bildiriblər ki, izləyicilərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Marqarita pizza

Bloger Aynişan Quliyeva 45 min, Gülarə İsgəndərli 4 min, aparıcı Türkan Məmmədli 6 min, aktrisa Ülviyyə Xəlilbəyli  isə 40 min izləyici itirib.

Məşhurlar bu barədə öz sosial media hesablarında paylaşım ediblər.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
26
1
yenisabah.az

2Mənbələr