AZ

Bir gündə 63 cinayətin üstü açılıb

Polis əməkdaşları mayın 6-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılmasını təmin edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 97-si borclu şəxs qismində axtarışda olub.

Gün ərzində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Gülnar Nazimqızı

Seçilən
11
1
anews.az

10Mənbələr