AZ

Almaniya millisinin üzvündən sürpriz qərar - RƏSMİ

"Borussiya Dortmund" rəsmi saytı üzərindən alman müdafiəçisi Niklas Sülenin azarkeşlərə ünvanladığı müraciəti dərc edib. 

Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçu cari mövsümün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb:

"Bu yay təqaüdə çıxacağımı elan etmək istəyirəm.

"Hoffenhaym" ilə matçda həkimimiz soyunma otağında mümkün çarpaz bağ yırtığı üçün test aparanda, fizioterapevtə baxıb başını yelləyəndə və o da eyni şeyi edəndə hiss etdiklərim... Bundan sonra duşa getdim və on dəqiqə ağladım.

Bundan daha pis bir şey təsəvvür edə bilməzdim.

O an həqiqətən də düşündüm: "Budur, vaxtdır". 

Klubdakı ilk ilimdə, demək olar ki, çempion olduğumuz zaman keçirdiyim hisslər, ilk peşəkar matçımdan əvvəl indiyə qədər yalnız bir dəfə hiss etdiyim əsəbilik, həyəcan. Həyatımda eyni adrenalin axını ilə bunu bir daha hiss edib-etməyəcəyimi bilmirəm.

Dortmunddakı dörd illik fəaliyyətimə nəzər salanda çox gözəl anlar yaşadım. Soyunub-geyinmə otağındakı zarafatlar, stadion - indi hər matçda 80 min nəfərdən danışırıq. Azarkeşlər tərəfindən həmişə isti qarşılandım. O anlar üçün çox darıxacağam. Burada özümü necə də rahat hiss edirdim.

Hələ ilk gün Dortmundda insanların necə olduğunu anladım: açıq, mehriban və dürüst. Onlarla inanılmaz bağ hiss etdim. Uşaqlarım burada uşaq bağçasına gedirlər. Bu şəhər çox darıxacağıq".

Süle bu mövsüm 12 oyunda (629 dəqiqə) forma geyib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Bundesliqada "Borussiya Dortmund", "Bayern Münhen" və "Hoffenhaym"da ümumilikdə 299 oyuna çıxıb, 16 qol vurub və 12 məhsuldar ötürmə edib.

Niklas milli komandada 49 oyun keçirib və 1 qol vurub.

Mirağa

Seçilən
22
fanat.az

1Mənbələr