AZ

Azərbaycanda 2 universitet 42 vəzifəyə işçi axtarır SİYAHI

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Azərbaycanda ali təhsil müəssisələri bir sıra vəzifələrə işçi axtarır.

Ölkə.Az-ın məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universiteti aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:

Biologiya — kafedra müdiri 1 yer, dosent 2 yer

Aqrar sahənin iqtisadiyyatı — professor 1 yer, 0,5 şt.v. baş müəllim 1 yer

Meliorasiya və hidrotekniki qurğular — dosent 1 yer

Bağçılıq — dosent 1 yer

Bitkiçilik — dosent 1 yer

Anatomiya və yoluxmayan daxili xəstəliklər — dosent 2 yer

İctimai fənlər — dosent 1 yer

Maliyyə və mühasibat uçotu — dosent 2 yer, 0,5 şt.v. dosent 1 yer

Dillər tədris mərkəzi — dosent 1 yer, baş müəllim 3 yer

Kimya — dosent 1 yer, baş müəllim 1 yer

Ekologiya və meşəçilik — dosent 1 yer, baş müəllim 1 yer

Əczaçılıq — dosent 1 yer, baş müəllim 1 yer

Ümumi və xüsusi zootexniya — dosent 1 yer, baş müəllim 1 yer

Bitki mühafizəsi — baş müəllim 1 yer

Qida mühəndisliyi və şərabçılıq — baş müəllim 1 yer

İnformasiya texnologiyaları — baş müəllim 1 yer

Epizootologiya, mikrobiologiya və parazitologiya — baş müəllim 2 yer

Aqrobiznes, menecment və marketinq — baş müəllim 3 yer, 0,5 şt.v. baş müəllim 2 yer

Gigiyena və qida təhlükəsizliyi — baş müəllim 1 yer

Ümumi əkinçilik, genetika və seleksiya — baş müəllim 1 yer

Yerquruluşu — baş müəllim 1 yer

Müsabiqədə iştirak etmək üçün sənədlər elanın nəşr olunduğu gündən 1 ay müddətində qəbul edilir. 

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti.450, telefon: (022) 266-00-56,266-89-57, [email protected]

Bundan əlavə, Odlar Yurdu Universiteti “Humanitar, təhsil və dillər”, “Təbiət və texnologiya”, “İqtisadiyyat və idarəetmə” fakültələrinin dekanları vəzifəsinə işçi axtarır.

Namizədlərdən profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad, ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə, rəhbər vəzifədə iş təcrübəsi, akademik və inzibati idarəetmə bacarığı, kollektivlə işləmə və qərarvermə qabiliyyəti tələb olunur.

Namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Şəxsiyyət vəsiqəsinin surəti

• Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri.

• Elmi və elmi-metodiki işlərin siyahısı.

• Kadrlar uçotunun şəxsi vərəqəsi.

• Tərcümeyi-hal.

• Fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Namizədlər sənədlərini Odlar Yurdu Universitetinin rektorunun adına yazılmış ərizə ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə və ya universitetin inzibati binasında (Bakı, Koroğlu Rəhimov küçəsi13) İnsan Resursları departamentinə təqdim edə bilərlər.

Son müraciət tarixi - elanın yerləşdirildiyi tarixdən etibarən 30 gündür.

Billurə

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
olke.az

2Mənbələr