AZ

ABŞ Oman körfəzində İran tankerini VURDU

ABŞ hərbi qüvvələri Oman körfəzində İrana məxsus olan və bu ölkənin limanına gedən “Hasna” tankerinə atəş açıb.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında açıqlayıb.

Komandanlığın açıqlamasında deyilir: "Oman körfəzində fəaliyyət göstərən ABŞ Qüvvələri 6 mayda İran limanına doğru getməyə çalışan İran bayrağı altında üzən tankerin hərəkətini dayandırmaq üçün məcburi tədbirlər görüb.

“Hasna” gəmisinin heyəti çoxsaylı xəbərdarlıqlara əməl etmədikdən sonra ABŞ Qüvvələri Abraham Lincoln təyyarədaşıyan gəmisindən F/A-18 Super Hornet təyyarəsindən 20 mm-lik top atəşi ilə tankerin sükan mexanizmini sıradan çıxarıb. “Hasna” artıq İrana doğru getmir".

Musavat.com

Seçilən
0
1
musavat.com

3Mənbələr