AZ

İran ABŞ-nin təklifinə cavabı bu gün verə bilər

İranın cümə axşamı ABŞ-nin münaqişənin sülh yolu ilə həlli ilə bağlı təklifinə cavab verməsinin gözlənildiyi bildirilib.

Redaktor.az xəbər verir ki, bu barədə CNN regional mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran cavabını vasitəçi tərəf vasitəsilə Vaşinqtona çatdıracaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi daha əvvəl açıqlamasında bildirmişdi ki, ABŞ-ın təqdim etdiyi təklifə cavab Pakistan vasitəsilə göndəriləcək.

Bundan əvvəl “Axios” portalı ABŞ və İranın silahlı qarşıdurmaya son qoyulması ilə bağlı bir səhifəlik memorandum imzalamağa yaxın olduqlarını iddia etmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
2
6
redaktor.az

8Mənbələr