Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Aznews.az xəbər verir ki, 10 vaqondan ibarət çəkisi 700 ton olan taxıl və 2 vaqondan ibarət çəkisi 133 ton olan alüminium (ilk dəfə göndərilir) Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 min tondan çox taxıl, 3800 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.