AZ

"Çelsi"nin iki futbolçusu "Barselona"nın hədəfində

BAKI, 7 may. TELEQRAF

“Barselona” yay transfer dönəmində “Çelsi”nin iki futbolçusunu birdən heyətinə qatmağı planlaşdırır.

Teleqraf “El Nacional”a istinadən xəbər verir ki, sol cinah müdafiəçisi Mark Kukurelya və hücumçu Joao Pedro Kataloniya klubunun maraq dairəsinə düşüb.

“Barselona” rəhbərliyi hər iki futbolçunu ümumilikdə 100 milyon avrodan aşağı məbləğə transfer etməyin mümkün olduğunu düşünür.

Bildirilir ki, baş məşqçi Hans-Diter Flikin komandasında sol müdafiə və hücumun mərkəzi ən problemli mövqelərdən hesab olunur. Bu səbəbdən klub rəhbərliyi məhz həmin zonalara gücləndirməni prioritet məsələ kimi müəyyənləşdirib.

“Transfermarkt” portalının məlumatına əsasən, 27 yaşlı Kukurelyanın transfer dəyəri 50 milyon avro, 24 yaşlı Joao Pedronun isə 75 milyon avro qiymətləndirilir.

Seçilən
30
50
teleqraf.com

10Mənbələr