AZ

Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya vəzifə verildi

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib.

Gununsesi.info bakupost.az-a istinadən xəbər verir ki, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzrə eyni vəzifə həvalə edilib və o artıq işinin icrasına başlayıb.

Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Təranə Əhmədova 2024-cü ilin dekabrında Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanı əvəz etmişdi.

Səidə Rüstəmova saxta sertifikasiya işi ilə bağlı ittiham olunur.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
21
icma.az

10Mənbələr